Təmir, Tikinti və Layihələndirmə Xidmətləri
Şahin İnşaat Group MMC olaraq sizə peşəkar, keyfiyyətli və tam əhatəli Təmir, Tikinti və Layihələndirmə xidmətləri təqdim edirik. Hər bir layihəyə fərdi yanaşma tətbiq edərək, müasir standartlara uyğun, estetik və funksional həllər təklif edirik.
Xidmətlərimizə daxildir:
🔹 Mənzillərin Dizaynı və Təmiri
Daxili məkanların yenilənməsi, interyer dizaynı, elektrik və santexnika işləri, döşəmə və divar örtüklərinin quraşdırılması.
🔹 Fərdi Yaşayış Evlərinin Layihələndirilməsi və Tikintisi
Müştərinin istəyinə uyğun olaraq memarlıq planlarının hazırlanması, smeta və texniki sənədlərin tərtibi, tikinti prosesinin tam idarə olunması.
🔹 Obyektlərin Tikintisi və Bərpası
Ticarət və ictimai obyektlərin tikintisi, köhnə binaların təmiri və müasir tələblərə uyğunlaşdırılması.
🔹 Katlavan, Beton və Asfalt İşləri
Ərazinin qazılması, təməl betonlarının tökülməsi, asfalt örtüklərin çəkilməsi və digər infrastruktur işləri.
🔹 Üzləmə və İzolyasiya İşləri
Fasad üzləmə, istilik və su izolyasiya sistemlərinin quraşdırılması ilə binanız həm gözəl, həm də davamlı olacaq.
🔹 Landşaft Dizaynı
Bağ sahələrinin planlaşdırılması, yaşıl zonaların salınması, dekorativ elementlərin quraşdırılması ilə ətraf mühit estetikləşdirilir.
🔹 Metal Konstruksiya İşləri
Anbarlar, sexlər, ofis tikililəri üçün dayanıqlı metal karkasların layihələndirilməsi və quraşdırılması.
Niyə bizi seçməlisiniz?
✔ Peşəkar mühəndis və dizayner komandası
✔ Keyfiyyətli materiallardan istifadə
✔ Layihəyə tam nəzarət və vaxtında təhvil
✔ Müştəri məmnuniyyətinə yönəlmiş xidmət anlayışı