HAQQIMIZDA

"Şahin İnşaat Group" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən, yanğın mühafizə sistemləri və tikinti sahəsində ixtisaslaşmış, lisenziyalı şirkətdir.

Şirkətimiz fəaliyyətə başladığı gündən etibarən respublika ərazisində müxtəlif təyinatlı obyektlərdə yüksək keyfiyyətli xidmətlər göstərmiş, bir çox yerli şirkətlərlə rəsmi müqavilələr əsasında əməkdaşlıq edərək mühüm layihələri uğurla icra etmişdir.

Fəaliyyətimizin əsas istiqamətləri iki böyük sahəni əhatə edir: yanğın təhlükəsizliyi sistemləritikinti-təmir işləri.

Yanğın təhlükəsizliyi üzrə təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
– Avtomatik yanğın siqnalizasiya sistemlərinin layihələndirilməsi və quraşdırılması
– FM 200 qazlı söndürmə sistemləri
– Köpüklü söndürmə sistemləri
– Yanğın balonlarının təminatı və texniki xidməti
– Tüstü sovurma və havalandırma sistemlərinin qurulması
– Kamera nəzarət sistemləri ilə obyektlərə nəzarətin təşkili

Bu sistemlər beynəlxalq və yerli norma və standartlara uyğun olaraq hazırlanır, obyektin xüsusiyyətlərinə uyğun layihələndirilir və sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən quraşdırılır.

Tikinti sahəsində isə yaşayış və ictimai təyinatlı binalar üzrə aşağıdakı xidmətlər təqdim olunur:
– Mənzillərin və fərdi yaşayış evlərinin interyer dizaynı və təmiri
– Tikinti layihələrinin hazırlanması və smeta sənədlərinin tərtibi
– Obyektlərin təmiri, yenidən qurulması və bərpası
– Katlavan qazıntıları, beton, asfalt və üzləmə işləri
– Fasad izolyasiya və üzləmə işləri
– Landşaft dizaynı və abadlıq işləri
– Metal konstruksiya layihələrinin hazırlanması və icrası

Bütün layihələrə fərdi yanaşma tətbiq olunur, müştərinin tələbləri və obyektin real şəraiti nəzərə alınmaqla optimal və təhlükəsiz texniki həllər seçilir.

"Şahin İnşaat Group" MMC-nin tərkibində fəaliyyət göstərən mühəndis, texniki və icraçı heyət yalnız müvafiq sahələr üzrə ixtisaslaşmış, təcrübəli və sertifikatlaşmış şəxslərdən ibarətdir. Hər bir layihə məsuliyyətlə təhlil olunur, texniki göstəricilər və təhlükəsizlik standartları əsasında planlaşdırılır və həyata keçirilir.

Məqsədimiz – ölkəmizdə təhlükəsizlik və inşaat sahəsində etibarlı tərəfdaş olmaq, müştərilərimizə davamlı, qanuni və yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir.

"Şahin İnşaat Group" MMC – Təhlükəsizlik, keyfiyyət və etibarın ünvanı.

 

SERTİFİKATLARIMIZ

 
Developed & Designed by Seymur Umudov